29 dekabr 2024 19:52
182

Fransa Avropa İttifaqından çıxmalıdır - TƏLƏB

Fransalı siyasətçi Florian Filippot Avropa İttifaqı Məhkəməsinin qeyri-qanuni miqrantlara ailə müavinətlərinin ödənilməsi ilə bağlı qərarına qəzəblənib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Avropa Birliyinin Ədalət Məhkəməsi Fransanın qeyri-qanuni əcnəbilərin ailələrinə ailə müavinətləri ödəməli olduğuna dair qərar verdi! Bu dəlixanadan nə vaxt çıxacağıq?!” - deyə, siyasətçi qeyd edib.

Filippo yeganə düzgün qərarın Fransanın Avropa İttifaqından çıxması olacağını vurğulayıb.

Filippo bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makronu Fransua Bayrunun baş nazir təyin edilməsi ilə əlaqədar istefaya getməyə çağırıb.