ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və amerikalı iş adamı İlon Maskın Qrenlandiya, Kanada, Böyük Britaniya və Panama kanalını asanlıqla ala bilərlər.
“İki sahil” xəbər verir ki, RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Mən başa düşmürəm ki, Kanada, Qrenlandiya və hətta Britaniya və Panamanı öz tərkibinə daxil etmək ABŞ-ın nəyinə lazımdır. Daha sivil bir yol var: qoy Donald Tramp və İlon Mask onları sadəcə olaraq şəxsi mülkiyyət kimi əldə etsinlər”, – dey, o , bildirib.
Bundan əvvəl New York Post qəzeti yazıb ki, Tramp Qrenlandiya və Panama kanalını almaqda ciddidir.
Qrenlandiya Milli Şurasının spikeri Mute Egede də öz növbəsində Trampa adanın satılmaması ilə bağlı cavab verib. Bundan əlavə, Panama prezidenti Xose Raul Mulino da kanalın ABŞ-ın mülkiyyətinə qaytarılmasını istisna edib.