29 dekabr 2024 09:33
405

Terim müqavilə imzaladı

Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu Fatih Terimlə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Klub prezidenti Mohamad Almunajemin də qatıldığı mərasimdə türk mütəxəssislə 5 aylıq müqavilə imzalanıb. F.Terimin köməkçiləri Hamza Hamzaoğlu və Levent Şahin olacaq.

Bu müddətdə Terimin 1 milyon 600 min avro qazanacağı bildirib.

Fatih Terim yeni komandasının qış fasiləsində təlim-məşq toplanışında olduğu Qətərin Doha şəhərinə yola düşüb. O, dünən “Əl-Şabab"ı ilk məşqə də çıxarıb.