28 dekabr 2024 09:40
403

Avroliqa: "Fənərbağça" və "Barselona" məğlub olub

Basketbol üzrə Avroliqada XVIII turun növbəti oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, Serbiya təmsilçisi "Srvena Zvezda" səfərdə İspaniyanın "Barselona" komandasını 78:74 hesabı ilə məğlub edib.

Türkiyənin "Fənərbağça" klubu isə "Partizan"a uduzub - 81:90.

Digər oyunlarda "Baskonia" "Paris"i 94:81, "Panatinaikos" "Bavariya"nı 80:69, "Bolonya" isə "Lion-Villeurbanne"ni 83:69 hesabı ilə üstələyib.