Dekabrın 24 -də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti , Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Azərbaycan idmançıları bu il çox böyük nailiyyətlər əldə ediblər. Bu il Azərbaycan idman tarixi üçün uğurlu il olub. Onlar bütün beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil ediblər , 1700 -ə yaxın medal qazanıblar. Bu onu sübut edir ki , Azərbaycanda idmanda xüsusi diqqət yetirilir. Yeni gənc nəsil müxtəlif idman növlərində Azərbaycan bayrağını arenalarda fəxrlə yüksəklərə qaldırırlar. Bu ilin ən böyük yarışı Yay olimpiya oyunlar idi. Burada da bizim idmançılar tarixi nəticə əldə etdilər.
Bizim xalqımız idmançılarımızla həmişə fəxr edir, onları ürəkdən təbrik edirlər. Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında vurğulamışdır ki , “Azərbaycan gənci vətənpərvər , fiziki cəhətdən güclü , mənəvi cəhətdən saf , öz xalqına, dövlətinə bağlı , heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli olmalıdır”. Bu səbəbdən yalnız Bakıda deyil , bir çox şəhərlərimizdə idman kompleksleri fəaliyyət göstərir. Azad edilmiş ərazilərimizdə də idman infrastrukturu yaradılır. Məsələn , Ağdam şəhərində İmarət stadionunun inşa edilməsinin çox böyük rəmzi mənası var. Füzuli şəhərində Olimpiya idman kompleksinin təməli qoyulub. Xankəndi şəhərindəki stadion əsaslı şəkildə təmir edilir, demək olar ki , yenidən qurulur. Bu quruculuq işlərinin gələcəkdə Azərbaycan idmanına böyük töhfələr verəcəyinə inanırıq. Gələn Azərbaycan növbəti idman yarışına ev sahibliyi edəcək ki, bu da MDB oyunlarıdır. 3- cü MDB oyunlar üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhərində də yeni stadion inşa edilir və oyunlara qədər istismara verilməlidir.
Sonda dövlət başçısı 2024 – cü ildə yüksək nəticələr əldə etmiş bir qrup idmançılarımıza yeni mənzillərin orderlərini təqdim etdi. Prezidentimiz İlham Əliyevin idmana olan bu diqqəti Azərbaycan gənclərini yeni qələbələr əldə etməyə ruhlandırır. Dövlət başçımız cənab İlham Əliyevə xalqımızın rifahı üçün göstərdiyi xidmətlərə görə oz minnətdarlığımızı bildiririk.
Sevda Bağırova,
56 nömrəli məktəbin Tarix müəllimi