26 dekabr 2024 14:07
95

Qəzada həlak olan Hökumənin nəşi bu gün Vətənə gətiriləcək

Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın nəşi vətənə bu gün gətiriləcək.

“İki sahil” xəbər verir ki, bunu junalistlərə açıqlamasında təyyarə qəzasında həlak olan Hökumənin xalası qızı Aysel Abdullayeva deyib.

O bildirib ki, bu barədə Hökümənin qardaşına məlumat veriblər.

"Bildiriblər ki, bu gün meyiti Qazaxıstandan gətirilərək, ailəsinə təhvil veriləcək. Son dəfə dünən səhər saatlarında Höküməyə neçə dəfə zəng etdim, cavab vermədi", - deyə o qeyd edib.