26 dekabr 2024 13:48
97

Bu ölkədə 1500-dən çox məhbus həbsxanadan qaçıb

Rusiyanın Mozambikdəki səfirliyi ölkəyə səfər etməyi planlaşdıran həmvətənlərini “çətin ictimai-siyasi vəziyyət” səbəbindən səfəri təxirə salmağa və ya ləğv etməyə çağırıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər veri ki, Mozambikin paytaxtı Maputoda dünən keçirilən etirazlar fonunda 1500-dən çox məhbus həbsxanadan qaçıb.

“Mozambik ərazisində daimi və ya müvəqqəti yaşayan həmvətənlərimizə bu müddət ərzində çox zərurət olmadıqca evdən çıxmamaq tövsiyə olunur”, - deyə, Rusiya səfirliyinin bəyanatında deyilir.

Mozambikdə etirazlar və iğtişaşlar hakim Frelimo partiyasının parlament seçkilərindən sonra qazandığı qələbədən qaynaqlanıb. Dekabrın 23-də Konstitusiya Şurası da bu siyasi qüvvənin namizədi Bernardino Rafaelin prezident seçkilərində qalib gəldiyini təsdiqləyib (onun yekun nəticəsi 65,17%). Müxalifət və onun tərəfdarları nəticələrin saxtalaşdırıldığını hesab edirlər.

Toqquşmalar ölümlə nəticələnib və artıq 21 nəfərin öldüyü bildirilir. Maputo həbsxanasında iğtişaş nəticəsində 1534 məhbus qaçıb. Qaçış zamanı azı 33 nəfər ölüb, daha 15 nəfər yaralanıb.