26 dekabr 2024 09:09
373

Qvardiola futbolçuları evə buraxmır

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bu həftə keçirəcəkləri matçdan əvvəl futbolçuları evə buraxmamaq qərarı verib.

“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Mançester Siti"nin futbolçuları İngiltərə Premyer Liqasının 18-ci turunun "Everton"la oyunundan əvvəl klubun bazasında gecələyəcəklər.

Buna komandanın qələbəsiz seriyasıdır. “Siti” bütün turnirlərdə son 12 matçda cəmi 1 qələbə qazanıb.

"Mançester Siti" - "Everton" matçı dekabrın 26-da keçiriləcək. Oyun Bakə vaxtı ilə saat 15:30-da başlayacaq.

Qvardiolanın komandası Premyer Liqada 17 oyundan 27 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Liverpul” 36 xalla birinci yerdədir.