24 dekabr 2024 15:28
438

"Hatayspor"da Çalımbay dövrü başa çatdı

Türkiyənin "Hatayspor" klubunda baş məşqçi Rıza Çalımbay dövrü başa çatıb.

“İki sahil” xəbər verir ki,  Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, bu haqda klub məlumat yayıb.

"Məşqçimiz Rıza Çalımbay ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Rıza Çalımbay və komandasına göstərdikləri səylərə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayırıq"- deyə klubun məlumatında qeyd edilir.

“Hatayspor” 16 oyundan 9 xalla liqada 18-ci pillədə qərarlaşıb.