22 dekabr 2024 23:32
109

Volkan Demirel Şenol Güneşlə görüşməkdən imtina edib

Türkiyə Super Liqasının XVII turu çərçivəsində keçirilən “Trabzonspor” - “Bodrum” yarışından sonra qonaqların baş məşqçisi Volkan Demirel “Trabzonspor”un baş məşqçisi Şenol Güneşlə əl sıxışmaqdan imtina edib.

“İki sahil” xəbər verir ki, Şenol Günəş matçdan sonra təşkil edilən mətbuat konfransında Volkan Dəmirəlin əlini sıxmaması ilə bağlı deyib: “Bir iş olaraq vəzifəm yeni gələnə "xoş gəldin" deməkdir, lakin bu planlaşdırılmışdı. O, mənim ictimaiyyətə verdiyim bəyanatı öz ağlında qurub. “Ölülərin üzərindən öz mənfəətlərini əldə etmək üçün istifadə edənlərə hörmətim yoxdur. "İt gəlsə belə, "xoş gəldin" deyərdim”.

Qeyd edək ki, münasibətlərin gərginləşməsinə səbəb Ş.Güneşin ötən ilki açıqlaması olub. O, “Beşiktaş”ı çalışdırarkən verdiyi müsahibədə “Hatayspor” və “Qaziantep” barədə danışıb: “Sizdən soruşuram, “Hatayspor” və “Qaziantep” liqada var, ya yox? Var görünür. Hansısa rəsmi açıqlama görmüsüz? Məşqlərə çıxırlar. Harda çalışdıqlarını bilirsiz? Mən bilirəm. Toplanışı Rivada keçirlər. Bunu ötən mövsüm də edə bilməzdilər? Niyə bunları deməkdən çəkinirsiz?”.

Onun bu sözlərinə Demirelin cavabı gecikməyib: “Zəlzələdən sonra oynaya bilməzdik. Həmin gün bir futbolçumu və idman direktorumu itirdim. 4 məşqçim, 5 oyunçum dağıntıların altında qaldı. Liqaya fasilə verdi. Çempionat yenidən başlayanda mən meyit axtarırdım”.