20 dekabr 2024 09:35
509

"Kəpəz" "Sumqayıt"a qarşı

Bu gün Misli Premyer Liqasında 18-ci tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk gündə 1 oyun keçiriləcək. "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq. Matçı FİFA referisi Kamal Umudlu idarə edəcək.

Hazırda Gəncə klubu turnir cədvəlində 10 xalla 9-cudur. "Sumqayıt" isə 19 xalla 6-cı pillədə qərarlaşır.

Bu komandalar arasında 1-ci dövrənin oyunu "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ötən gün "Qarabağ" 3-cü turdan təxirə salınan "Şamaxı" ilə matçda minimal hesabla qalib gələrək "Araz Naxçıvan"la arasındakı xal fərqini 5-ə qaldırıb. Bununla da komanda 2024-cü ilin son turunda onların öz arasında keçirəcəyi matçın nəticəsindən asılı olmayaraq, Premyer Liqada qış çempionluğunu təmin edib.

Misli Premyer Liqası,

18-ci tur

20 dekabr

16:00.“Kəpəz” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Tovuz şəhər stadionu