17 dekabr 2024 15:37
404

Ronaldo prezidentliyə namizədliyini irəli sürdü

Braziliya millisinin sabiq hücumçusu Ronaldo ölkə futboluna rəhbərlik edə bilər.

"İki sahil" xarici KİV-ə istinadən xəbər ki, o, rəsmən Braziliya Futbol Konfederasiyasının prezidentliyinə namizədliyini irəli sürüb.

“Mənim öz namizədliyimi irəli sürmək üçün yüzlərlə səbəbim var. Amma ən əsası odur ki, dünya səviyyəsində Braziliya futboluna hörməti bərpa etmək istəyirəm. Çox vaxt insanlar məni küçədə saxlayıb karyeramı davam etdirməyimi xahiş edirlər. Çünki milli komandadakı vəziyyət hazırda həm meydanda, həm də meydandan kənarda yaxşı deyil” - deyə Ronaldo bildirib.

Konfederasiyaya seçki 2025-ci ilin martından 2026-cı ilin martı aralığında keçirilməlidir. Qurumun hazırkı prezidenti Ednaldo Rodrigesdir.

Xatırladaq ki, Ronaldo 1994 və 2002-ci illərdə Braziliya millisi ilə dünya çempionu olub. O, iki dəfə isə "Qızıl top"u qazanıb.