Regionlarda fəaliyyət göstərən kitabxana və muzeylərin, o cümlədən musiqi məktəbi və mədəniyyət mərkəzlərinin rəhbərləri Milli Məclisə dəvət ediləcək.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin dekabrın 17-də keçirilən iclasında komitə sədri Polad Bülbüloğlu deyib.
O qeyd edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi də bu məsələdə parlamentin Mədəniyyət komitəsində köməklik göstərməyə hazırdır: “Mən bu təsisatlardakı vəziyyətlə yaxından maraqlanmaq, orada hazırda durumun necə olduğunu öyrənmək istəyirəm. Həmin şəxslərlə görüşümüzdə onların da fikir və təkliflərini dinləyəcəyik”.
Elçin Əfəndiyevin vəfatının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcək
“AzerGold” və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı baş tutub