15 dekabr 2024 21:45
371

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

“Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan "Neftçi"nin futbolçusu Murad Məmmədov mükafatlandırılıb. 

“İki sahil” xəbər verir ki, ona Misli Premyer Liqasının 17-ci turunda bu gün "Kəpəz"lə görüşdən əvvəl mükafatlar təqdim olunub. 

Mükafatları "Neftçi Arena"da Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.