15 dekabr 2024 20:24
373

"Neftçi" "Kəpəz"ə qalib gəldi

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində "Neftçi" "Kəpəz"lə qarşılaşıb.

“İki sahil”in məlumatına görə, yarışın 4-cü dəqiqəsində Yeqor Boqomolski “Kəpəz” futbolçularının kobud səhvindən istifadə edərək hesabı açıb. 22-ci dəqiqədə isə Filip Ozobiç bakılıların üstünlüyünü iki topa yüksəldib.

Qarşılaşmanın 78-ci dəqiqəsində Orxan Əliyev buraxılan qollardan birinin əvəzini çıxsa da “Kəpəz”in bundan artığına gücü çatmayıb.

Misli Premyer Liqası,

17-ci tur

15 dekabr (bazar)

18:30. “Neftçi” 2–1 “Kəpəz”

Qollar: Yeqor Boqomolski, 4 (1-0), Filip Ozobiç, 22 (2-0), Orxan Əliyev, 78 (2-1)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə

VAR: Rəşad Əhmədov

AVAR: Teymur Teymurov

"Neftçi Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”