15 dekabr 2024 11:30
425

"Yuventus" antirekorda imza atıb.

İtaliyanın "Yuventus" klubu XXI əsrin antirekorduna imza atıb.

"Iki sahil "Opta Sport"a istinadən xəbər verir ki, bu 16-cı turda "Venesiya" ilə görüşdən (2:2) sonra reallaşıb. Turin təmsilçisi A Seriyasının geridə qalan 16 turunda cəmi 6 qələbə qazanıb, qalan 10 görüşü heç-heçə ilə başa vurub. Komanda16 matçdan sonra bu qədər qələbəni yalnız 1998/1999 mövsümündə qazanıb.

Qeyd edək ki, "Yuventus" hazırda turnir cədvəlində altıncı yerdədir. 16 oyunda 28 xal toplayan Turin klubu bu mövsüm A Seriyasında məğlubiyyəti olmayan yeganə komandadır.