15 dekabr 2024 02:36
464

"Sivasspor"da Bülənt Uyğun dövrü başa çatdı

Türkiyənin "Sivasspor" komandası baş məşqçisi Bülənt Uyğunla yollarını ayırıb.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, uğursuz nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Sivasspor" Bülənt Uyğunun rəhbərliyi altında bu mövsüm XVI turdan sonra topladığı 18 xalla 12-ci pillədə qərarlaşıb.