14 dekabr 2024 12:18
456

“Lənkəran” amerikalı basketbolçu ilə vidalaşıb

“Lənkəran” basketbol komandasında ayrılıq reallaşıb.

Klubdan “İki sahil”ə verilən məlumata görə, cənub təmsilçisi ABŞ-dan olan oyunçu Filmon Qebriyit ilə vidalaşıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Basketbolçu bu mövsümün əvvəlində “Lənkəran”a keçmişdi.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının B qrupunda yer alan “Lənkəran” 7 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.