12 dekabr 2024 22:07
192

Tramp onları əfv etmək niyyətindədir

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp 2021-ci ilin yanvarında Konqresin binasına (Kapitoliyə) basqında təqsirli bilinərək həbs olunanları əfv etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp “Time” nəşrinə müsahibəsində söyləyib.

“Hər bir işə ayrıca baxacağam və insanlar zorakılıq etməyiblərsə, düşünürəm ki, onlar artıq kifayət qədər ağır cəza çəkiblər”, - o deyib.

Tramp əlavə edib ki, vəzifəyə gəldikdən dərhal sonra ilk bu işlə məşğul olacaq. “Bəlkə də səlahiyyət müddətimin ilk 9 dəqiqəsində bunu etdim”, - o bildirib.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Konqres 2020-ci ildə keçirilmiş və Cozef Baydenin qazandığı prezident seçkilərinin nəticələrini təsdiqləyəcəkdi. Həmin gün Trampın çoxlu sayda tərəfdarı Vaşinqtonda etiraz aksiyasına toplaşmışdı. Bəzi nümayişçilər Konqres binasına daxil olaraq iclası pozmuşdu. Demokrat konqresmenlər insidentə görə Trampı günahlandırıblar.