Gürcüstanın paytaxtı Tbilisidə etirazlar 15-ci gündür davam edir.
“İki sahil” xəbər verir ki, etiraz üçün vətəndaşlar yenidən Rustaveli prospektinə toplaşır.
Gürcüstanlılar hökümətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dondurmaqla bağlı qərarına etiraz edirlər.
Bu gün etiraz əlaməti olaraq parlamentin qarşısına toplaşan mitinq iştirakçılarına incəsənət və informasiya texnologiyaları sahəsinin nümayəndələri də qoşulub.