10 dekabr 2024 17:40
465

“Napoli” Kvaratsxeliya ilə razılığa gəldi

"Napoli" gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamağa yaxındır.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.

Xviçanın maaşının artırılacağı gözlənilir. Tərəflər bu ilin sonunadək sözləşməni yeniləyəcək..

Qeyd edək ki, Kvaratsxeliyanın “Napoli” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Hücumçu 2022-ci ildən Neapol təmsilçisində çıxış edir.