İtaliyanın "Milan" klubu futbolçusu Teo Ernandes üçün 50 milyon avro tələb edir.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi ilə bir neçə Avropa komandası ciddi maraqlanır və onun yanvarda klubdan ayrılmaq ehtimalı var.
27 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Onunla İspaniyanın "Real" və İngiltərənin "Mançester Yunayted" klublarının da maraqlanığı bildirilir.
Qeyd edək ki, T.Ernandes 2019-cu ildən "Milan"da çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 17 oyunda iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.