09 dekabr 2024 15:13
171

Rusiya Talibana görə bu addımı atacaq

Rusiya hökuməti terror təşkilatlarının fəaliyyətinə qadağaların dayandırılması mexanizmini təqdim edən qanun layihəsini dəstəkləyib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, sənəd Taliban hərəkatını terrorçu və qadağan olunmuş qruplar siyahısından çıxarmağa imkan verəcək.

Qanun layihəsinə görə, məhkəmə baş prokurorun və ya onun müavinlərinin müraciəti əsasında təşkilatları terror təşkilatları siyahısından çıxara biləcək.

Qanun layihəsi Dövlət Dumasına noyabrın 25-də təqdim edilib. Ertəsi gün prezidentin mətbuat katibi Dmitri Peskov Əfqanıstan hakimiyyəti ilə əlaqələrin qurulmasının vacibliyini açıqlayıb.