Türkiyənin məşhur müğənnisi Sibel Can növbəti dəfə paytaxtımızın qonağı olub.
“İki sahil” xəbər verir ki, sevilən səs sənətçisi bu dəfə Bakı Konqres Mərkəzində sevənləri ilə görüşüb.
Sibel Can Azərbaycanı ikinci vətəni adlandırıb: “Yenidən burda olduğum üçün çox xoşbəxtəm. Məni bugün tək qoymadığınıza görə sizə ayrıca təşəkkür edirəm. Yaxşı ki, varsınız”.
Konsert proqramı ilə çıxış edən ulduz qonaq gecə boyunca iki geyim dəyişib.
Cəlbedici müğənni konsert proqramında köhnə və yeni mahnılarını ifa etməklə yanaşı, Azərbaycan mahnılarını da oxuyub. Müğənni səhnədə rəqsləri ilə də diqqət çəkib. O demək olar ki, dinamik mahnıların hər birində ayrı-ayrı rəqslər edib.
Sibel Can konsertin sonunda Azərbaycan və Türkiyənin iki qardaş ölkə olduğunu və burada çıxış etməkdən hər zaman xoşbəxt və məmnun olduğunu söyləyib.
Qeyd edək ki, konsertin təşkilatçısı “Anadolu Events” şirkəti idi.