09 dekabr 2024 12:17
150

İran Əsədə niyə kömək etməyib?

İran hakimiyyəti anti-hökumət qüvvələrinin hücumu səbəbindən istefa verən Suriya prezidenti Bəşər Əsədi islamçı qruplarla qarşıdurmaya hazır olmamaqda, sonra isə əlavə qüvvələr göndərməkdən imtina etməkdə ittiham edib.

“İki sahil” xəbər verir ki, bunu “The Wall Street Journal” (WSJ) Suriya rəsmilərinə istinadla ən yayıb.

WSJ-nin məlumatına görə, İran əvvəlcə Suriyaya Bəşər Əsəd hökumətinə yardımın məhdud olacağını çatdırıb. Lakin sonradan Tehran İsrailin təhdidinə görə Dəməşqə əlavə hərbi qüvvə göndərə bilməyəcəyini bəyan edib. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, ötən həftə Suriyaya uçan İran təyyarəsi İsrailin hava hücumları təhlükəsi üzündən dönüb.

WSJ-nin məlumatına görə, İran hakimiyyəti yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna “döyüşlərə qarışmamaq” əmrini verib və sonra onların şəxsi heyətinin təhlükəsiz çıxışını təşkil edib. İran hələ Dəməşqin yaraqlıların nəzarətinə keçməmişdən əvvəl bu ölkədən diplomatlarını və hərbi müşavirlərini geri çəkməyə başlayıb. Xüsusilə, SEPAH tərkibindəki Qüds Qüvvələrinin yüksək rütbəli komandirləri, eləcə də İran diplomatik missiyasının üzvləri və onların ailə üzvləri çıxarılıb.