“90-cı illərdəki ilə indiki gözəllik yarışmalarının anlayışı çox fərqlidir. Dəyərlər, perspektivlər, sosioloji dinamika dəyişib. O dövrdə gözəllik müsabiqələri ölkə təmsilçiliyi üçün çox vacib idi, lakin indi istedadların ifadə oluna biləcəyi bir çox platformalar var. Bu müsbət inkişafdır”.
“İki sahil” xəbər verir ki, bunu 1990-cı ilin “Türkiyə gözəli” seçilən (“Miss Turkey 1990”) və xəbər aparıcısı Jülide Ateş “MAG” jurnalına deyib.
“Mənim 53 yaşım var və gözəllik anlayışım illər ərzində çox dəyişib; daha dərinlik qazandı”, - deyən J. Ateş əlavə edib: “Öz qızım olsaydı, onu müsabiqəyə qoymazdım, amma iştirak edənləri mühakimə etmirəm. Bu, seçim məsələsidir”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Elçin Əfəndiyevin vəfatının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcək
“AzerGold” və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı baş tutub