Avropa İttifaqı Şurasının yeni Prezidenti Antonio Koştanın rəhbərliyi altında dekabrın 19-da Şuranın ilk iclası keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Antonio Koştanın Aİ Şurasının üzvlərinə ünvanladığı dəvət məktubunda qeyd olunub.
Bildirilib ki, iclasda Ukraynadakı vəziyyətin müzakirəsi ön planda olacaq. Aİ Şurasının Prezidenti Brüsseldə baş tutacaq iclas üçün Ukrayna Prezidenti Volodimir Zelenskini də dəvət etdiyini diqqətə çatdırıb.
Görüşün ikinci mövzusunun isə "Dünyada Avropa İttifaqı" olacağı bildirilib.