07 dekabr 2024 14:15
173

İran səfirliyi Dəməşqdə adi rejimdə fəaliyyətini davam etdirir - AÇIQLAMA

İran Xarici İşlər Nazirliyi (XİN) Dəməşqdəki səfirlik əməkdaşlarının təxliyəsi barədə məlumatı təkzib edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.

"Bu məlumatlar həqiqətəuyğun deyil. İran səfirliyi Dəməşqdə adi rejimdə fəaliyyətini davam etdirir", - İran XİN-in nümayəndəsi İsmayıl Bəqai agentliyə bildirib.

Daha əvvəl “The New York Times” qəzeti adı açıqlanmayan İran mənbələrinə istinadən bildirmişdi ki, İran Suriyadan öz diplomatlarının və hərbi müşavirlərini bir hissəsini təxliyə etməyə başlayıb, insanların bir hissəsi təyyarələrlə Tehrana, bir hissəsi isə quru nəqliyyatı ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.