04 dekabr 2024 15:11
120

Ukrayna münaqişəsinin sona çatmasının əleyhinə olanlar çoxdur - EKSPERT

Qərb mediasında yayılan informasiya onu deməyə əsas verir ki, Ukrayna münaqişəsinin sona çatması ssenarisinin əleyhinə olanlar çoxdur.

“İki sahil” RT-yə istindıa xəbər verir ki, rusiyalı ekspert Yuliya Boquslavskaya “Reuters”in ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna planının Aİ və Kiyev tərəfindən dəstəklənməyəcəyi ilə bağlı materialını şərh edib.

Onun sözlərinə görə opponentlər Donald Trampdan şübhələnirlər ki, o, Moskva ilə danışıqlar aparacaq və bu, yalnız sərt xarici siyasət təzyiqi ilə Kiyevə tətbiq edilə bilər. Digər tərəfdən Tramp bu münaqişəyə, Ukraynaya yardıma görə məsuliyyəti gələcəkdə Avropaya “köçürmək” istəməsində şübhəli bilinir. Beləliklə, məsələn, hərbi yardımın qalıqları hələ də ABŞ-dan gələcək, lakin gələcəkdə bütün məsuliyyət Avropa ölkələrinin üzərinə düşəcək.

Onun sözlərinə görə, belə bir ssenari Avropada az sayda siyasətçidə nikbinlik yaradır. Bundan əlavə, ekspert xatırladıb ki, Kiyev təhlükəsizlik zəmanəti məsələsini kifayət qədər kəskin şəkildə qaldırır.