04 dekabr 2024 12:55
134

“Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində iştirakçılara təlim keçirilib

İslam ölkələrinin "Gənclər paytaxtı" elan edilən Şuşa şəhərində "Şuşa Yaradıcılıq Emalatxanası" çərçivəsində iştirakçılara təlim keçirilib.

"İki sahil"in xəbərinə görə, təlimin keçirilməsində məqsəd Azərbaycanın milli geyim əlavəsi çarığın tikilmə qaydasını iştirakçılara öyrətməkdir.

Təlimçi İbrahim Eyyublu fərqli ölkələrdən 14 iştirakçıya çarığın hazırlanmasına dair təlim keçib.

Təlimdə Qarabağ Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələri eləcə də Özbəkistan, İran, Türkiyə, Əfqanıstan və Mərakeşdən olan könüllülər iştirak edib.

Dekorativ əl işləri hazır olduqdan sonra iştirakçılara hədiyyə olaraq verilib.

Qeyd edək ki, "Gənclər paytaxtı"nın bağlanış mərasimləri dekabrın 4-də başa çatır.