Almaniyanın xarici işlər naziri Annalena Berbok atəşkəs əldə olunacağı təqdirdə alman qoşunlarının Ukraynaya göndərilə biləcəyini bildirib.
“İki sahil” xəbər verir ki, bu haqda “Die Welt” məlumat yayıb.
Nəşr Berbokdan sitat gətirib: “Ukrayna ilə Rusiya arasında atəşkəs əldə olunarsa, alman əsgərləri də sülhü təmin etmək üçün bu ölkədə yerləşdirilə bilər”.
Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Kiyevin NATO-ya qoşulması müqabilində əraziləri verməsinin potensial sülh sazişinin tərkib hissəsi ola biləcəyi barədə fikir bildirib.