Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, Avropa İttifaqı Moldova hakimiyyəti qarşısında sol müxalifəti parçalamaq vəzifəsi qoyub.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, müvafiq əmri Aİ-nin Kişinyovdakı nümayəndəliyinin rəhbəri Janis Mazeiks verib.
“Aİ Nümayəndəliyinin rəhbəri Kişinyova sol müxalifətin sıralarında parçalanma yaratmaq vəzifəsini qoyub”, - deyə, RİA Novosti bəyanatdan sitat gətirib.
Ölkə hakimiyyətindən Sosialistlər Partiyasının rəhbəri İqor Dodon, Kommunistlər Partiyasının sədri Vladimir Voronin və Kişinyov meri İon Çeban arasında ziddiyyətləri stimullaşdırmaq tələb olunub.
Belə ki, seçki kampaniyası zamanı onlar hakim partiyanı yox, bir-birlərini tənqid etməlidirlər.