04 dekabr 2024 11:59
70

100 min əlavə məktəbəqədər hazırlıq yerinin açılması hədəflənib

2026-cı ilin sentyabr-oktyabr aylarına 100 min əlavə məktəbəqədər hazırlıq yerinin açılması hədəflənib.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu göstəricinin artıq yarısından çoxuna çatılıb: “Digər hissəsini isə düşünürük ki, pilot layihələr uğurlu olarsa, tamamlaya bilərik. Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni tikilən bağçalar da bu rəqəmlərin artmasına gətirib çıxaracaq”.