2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində diaqnostika prosessi bitib.
“Həmin insanlara müvafiq təlimlər veririk. 2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək. Bağçalarda ən vacib məsələ mütəxəssislərin hazırlanmasıdır.
Digər bir məsələ isə savadlı valideynlərin olması, övladları ilə aşağı yaşlardan məşğul olması təhsilin bir komponentidir. Bu prosesin əmək haqqı sisteminə də müəyyən təsir göstərəcəyi gözlənilir. Hazırda bununla bağlı konkret qaydalar olmasa da, gələcəkdə oxşar məntiqin məktəbəqədər təhsildə də tətbiq ediləcəyini düşünürük”,- deyə o bildirib.