28 noyabr 2024 18:37
154

Milli Konservatoriyanın yeni rektoru kollektivə təqdim olunub

Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyin edilən Kamilə Dadaş-zadə müəssisə kollektivinə təqdim olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təqdimatı elm və təhsil nazirinin müavini Firudin Qurbanov edib.

Nazir müavini milli musiqinin inkişaf tendensiyaları nəzərə alınmaqla qarşıda duran məqsəd və vəzifələri yeni rektorun və konservatoriyanın kollektivinin diqqətinə çatdırıb.

Xatırladaq ki, noyabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib, Kamilə Hüseyn qızı Dadaş-zadə bu vəzifəyə gətirilib.