27 noyabr 2024 01:28
60

Arktikada nəhəng viruslar tapılıb

Rusiya Arktikasında mikrobioloqlar ölçüləri adi viruslardan onlarla dəfə böyük olan nəhəng viruslar aşkar ediblər. “Nauka.rf” portalı xəbər verir ki, tədqiqat Şimal Buzlu Okean adalarında əbədi buzlaqlardan götürülmüş nümunələr üzərində aparılıb.

Hesablamalar göstərir ki, aşkar edilən virusların uzunluğu 1500 nanometrə çatır. Müqayisə üçün bildirək ki, koronavirus kimi tanınan SARS-CoV-2-nin ölçüsü cəmi 50-200 nanometrdir.

Təəccübləndirici ölçülərinə əlavə olaraq, Arktika virusları unikal genomu ilə seçilir-onlarda demək olar ki, digər qrupların viruslarında olan genlər yoxdur.

Tədqiqatçılar iddia edirlər ki, Arktika nəhəng viruslar qrupunun unikal nümayəndələrinin yaşayış yeridir və onların xassələrinin öyrənilməsi biologiyanın inkişafında mühüm addım ola bilər.

Nubar Süleymanova, “İki sahil”