25 noyabr 2024 13:01
76

Məcnun Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 29-da saat 09:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

"İki sahil" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (099-355-76-35/050-304-06-08) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.