İstanbuldakı Sabiha Gökçen hava limanından noyabrın 23-ü üçün nəzərdə tutulan uçuşların 10 faizi ləğv olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Buna səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.
Sərnişinlərə xəbərdarlıq edildiyi və onlara uçuşlarla bağlı son məlumatları izləmələri məsləhət görüldüyü bildirilib.