Balakən şəhəri Rəşid Behbudov küçəsində yanğın qeydə alınıb.
Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən “İki sahil”ə verilən məlumata görə, yanğın şəhər sakin Çingiz Xanlayevə məxsus, ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli, 4 otaqdan ibarət evdə qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində əşyalarla birlikdə dam örtüyünün 20 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi və bitişik tikilən yardımçı tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.