22 noyabr 2024 09:06
112

General: Son 7 ildə dəyəri 162 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb

DSX-nin Sərhəd Qoşunlarının Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən bu günədək 162 milyon 610 min 694 manatlıq narkotiki qanunsuz dövriyyədən çıxarıb.

“İki sahil” xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, DSX-nin Sərhəd Qoşunlarının Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib:

"Eyni zamanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib".