Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Avstraliya Kosmik Agentliyi (ASA) ilə müqavilə imzalayıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, ISRO-nun “X” səhifəsində verdiyi məlumata görə, tərəflər zərurət yaranarsa, hazırda uçuşa hazırlanmaqda olan Hindistan kosmik gəmisinin ekipajının axtarışı və xilas edilməsində yardım göstərməyə razılaşıblar.
"Hindistan Kosmik Tədqiqatlar Təşkilatı ilə Avstraliya Kosmik Agentliyi arasında müqavilə Gaganyaan missiyası üçün ekipaj və ekipaj modulunun bərpasında əməkdaşlığı nəzərdə tutur", - məlumatda bildirilib.
ISRO qeyd edir ki, Hindistan kosmik gəmisinin orbitə daxil olma mərhələsində planlaşdırılan uçuş trayektoriyası Avstraliyanın ərazi sularına yaxındır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”