Brüs Linin müəmmalı ölümünün sirri 51 ildən sonra açıqlanıb.
“İki sahil” xəbər verir ki, ispaniyalı həkimlərin apardığı araşdırmalara görə, ölümün səbəbi nə baş ağrısı üçün qəbul edilən dərman, nə də mafiyanın müdaxiləsi olub, əsasən səbəb suyun orqanizmə həddindən artıq yığılmasıdır.
Madrid Elmi İnstitutundan Priskilla Vilyavalso və komandası bu barədə məqalə yayıblar. Onlar Brüs Linin ölümündən sonra aparılan autopsiya nəticələrini təhlil edərək, XX əsrin ortalarındakı məşhur "əjdaha"nın nadir xəstəliyi olan hiponatremiyanı aşkar ediblər. Bu xəstəlik, böyrəklərin orqanizmdən artıq suyu atmaqda çətinlik çəkməsi ilə əlaqəlidir. Sadə dillə desək, beynində çox miqdarda maye toplanıb.
Xatırladaq ki, Brüs Li 1973-cü il iyulun 20-də "Ölüm oyunu" filmi üzərində işləyərkən Honq-Konqda qəflətən dünyasını dəyişib.