21 noyabr 2024 22:44
163

Biləsuvarda YAP-ın təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib FOTO

Noyabrın 21-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı partiyanın yaradılmasının 32 illik münasibətilə tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, ötən dövr ərzində YAP Biləsuvar rayon təşkilatının fəaliyyətindən bəhs edərək 32 illik yubiley münasibəti ilə iştirakçıları təbrik edib. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini qeyd edib. Bu gün cənab Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə partiyamızın  yeni-yeni nailiyyətlərə imza atdığını, bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını bildirib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinin onun yaradılmasının ilk illərindən göründüyünü bildirib. Rayon İcra Hakimiyyətinin Başçısı Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanımızın memarı olan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən geniş bəhs edib və tədbir iştirakçılarını təbrik edib.

Tədbirdə partiya veteranı Əjdər Niftiyev, Rəfiqə Cəfərova, ərazi partiya təşkilat sədri Mirəşrəf Mirsultanov və şəhid atası Ağaqulu Tağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik ediblər və onlara uğurlar arzulayıblar. 

Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Zamin Məmmədov, “İki sahil”