21 noyabr 2024 23:28
91

Süni intellekt tələbəni dəhşətə gətirdi...

ABŞ-da "Google" tərəfindən hazırlanan süni intellektli "chatbot"un kömək istəyən tələbəyə verdiyi cavab dəhşətə gətirib.

“İki sahil” xəbər verir ki, 29 yaşlı Vidhay Reddi "Google"un süni intellekt "chatbot"u sınamaq qərarına gəlib.

O, yaşlıların üzləşdiyi çətinliklər barədə "Gemini"dən bir neçə sual soruşub. İstifadəçinin sualına "Lütfən öl, lütfən" cavab verən süni intellekt onu qorxuya salıb. Tələbə bu cavabdan çox qorxduğunu və komputerini pəncərədən çölə atmaq istədiyini ifadə edib.

"Google" açıqlamasında süni intellektin bəzən mənasız cavablar verə biləcəyini iddia edib: "Bu cavab bizim siyasətlərimizi pozdu və oxşar hadisələrin baş verməməsi üçün hərəkətə keçmişik".