21 noyabr 2024 17:32
83

“Uşaq və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb edilməsi” mövzusunda panel müzakirəsi keçirilib

“Uşaqların və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb edilməsi: irəliləyişlər və nailiyyətlər üzrə inventarlaşdırma” mövzusunda panel müzakirəsi keçirilib.

“İki sahil” xəbər verir ki, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib ki, iqlim fəaliyyətində uşaqların və gənclərin iştirakı COP29 Sədrliyi üçün prioritetdir.

“COP29-un Gənc İqlim Çempionu olaraq, gənclərin səslərini və prioritetlərini ən yüksək səviyyələrə qaldırmağa və dəstəkləməyə davam etməyə sadiqəm. Mən müxtəlif gənclər təşkilatları tərəfindən dəstəklənən NDC 3.0 prosesində uşaq və gənclərin cəlb edilməsi üçün göstərilən müxtəlif heyrətamiz səyləri bacardığım qədər dəstəkləməyə davam edəcəyəm və tərəfləri də eyni şeyi etməyə çağırıram. Azərbaycan öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri inkişaf etdirdikcə, mən uşaq və gənclərin bu prosesə cəlb olunmasını təbliğ etməyə davam edəcəyəm”, - deyə L.Həsənova qeyd edib.

“Care about Climate” təşkilatının baş direktoru Heyli Kembel diqqətə çatdırıb ki, Gəncləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinin (NDC) prosesinə cəlb etmək olduqca zəruridir, çünki gənclər böyük potensiala malikdirlər. Gender bərabərliyi və gənclərin cəlb edilməsi məsələləri ilə məşğul olan ölkələr Paris Sazişinə uyğun olaraq karbon emissiyaların azaldılması istiqamətində daha çox səylər göstərirlər: “Bundan əlavə hesabatımızda göstərilir ki, bəzi ölkələrin, o cümlədən Çin və ABŞ-ın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir”.

Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, gənclərin NDC prosesinə cəlb olunması aktiv iqlim fəaliyyətinə töhfə verə bilər: “Uşaq və gənclər iqlim dəyişmələri mövzusundan kənarda qalmamalıdırlar. Bununla belə, iqlim dəyişikliyi uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Təəssüf ki, dünya bir milyarda yaxın uşaq iqlim dəyişikliyi səbəbindən son dərəcə yüksək risk altında olan 33 ölkədən birində yaşayır. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) ölkələrin qlobal iqlim məqsədlərini formalaşdıran və gələcəyimizin necə olacağını müəyyən edən əsas mexanizm olacaq”.