"Qobustan" Günəş Elektrik Stansiyasının 2026-cı ildə istismara verilməsi gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanda ilk bərpa olunan enerji hərracında iştirak üçün 130-dan çox şirkətə dəvət göndərilmişdi. Hərrac prosesi iki mərhələdən ibarət olub. Bu, ümumilikdə 6 saat davam edib və nəticədə “Universal International Holdings Limited” şirkəti qalib gələrək, "Qobustan" Günəş Elektrik Stansiyasını tikmək hüququ qazanıb. Bu stansiya 100 meqavat gücündə olacaq", - o vurğulayıb.
C. Abdullayev əlavə edib ki, 20-25 gün ərzində müqavilələr tam yekunlaşacaq və elektrik stansiyasının daha dəqiq istismara verilmə tarixi məlum olacaq.