“İlk dəfədir Bakını ziyarət edirəm. COP29 yüksək səviyyədə təşkil olunub”.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Banqladeşdən ölkəmizə gələn nümayəndə Kamruzzaman deyib.
Onun sözlərinə görə, COP29-da könüllülər xüsusi bacarıqları ilə seçilir.
Bizim ölkəmiz də ekoloji problemlər var. Bunun qarşısını almaq üçün bir sıra tədbirlər görməyə çalışırıq. Mübarizəni davam etdirmək üçün ağıllı gənclərə ehtiyacımız var. Məqsədimiz gənclərin bacarıqlarının inkişaf etdirmək, məşğulluq fəaliyyətini artırmaqdır”,- deyə Kamruzzaman əlavə edib.