Dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır, odur ki, şəhərlərin gələcək üçün kritik əhəmiyyəti var.
“İki sahil” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudiya Rossbax COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.
Onun sözlərinə görə, növbəti 20 ildə şəhərlərə daha 4 milyard insan gələcək: "Onlara sığınacaq vermək və qayğı göstərmək lazımdır. Şəhərlərin planlaşdırılmamış genişlənməsi biomüxtəlifliyə, ətraf mühitə, ərzaq təhlükəsizliyinə təhlükədir, sosial parçalanma və fiziki tənəzzül yaradır. Binalar, mənzillər və tikinti istixana qazı emissiyalarının 40 %-ə qədərinə cavabdehdir. Bununla belə, bizim böyük infrastruktur boşluqlarımız var, qeyri-rəsmi yaşayış məntəqələrində xeyli sayda insan yaşayır. Dayanıqlı İinkişaf Məqsədlərinə çatmaq üçün gündə 96 min ev tikilməlidir".
UN-HABITAT rəsmisi həmçinin deyib ki, şəhərlər iqlim dəyişikliyinə son dərəcə həssasdır: "Şəhər ərazilərinin 70 %-i onun təsirini hiss edir, burada temperatur kənd yerlərindən 10 dərəcəyə qədər yüksəkdir. Sahil xətləri boyunca ərazilərin 90 %-i dəniz səviyyəsinin qalxması və şiddətli tufanlarla üzləşir. 2030-cu il gündəminin hədəflərinin 65 %-i yerli fəaliyyətə əsaslanır".