19 noyabr 2024 17:43
163

Cənubi Koreya karbon izini azaltmaqla iqtisadi artıma nail olub

Cənubi Koreya iqlim böhranı ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə edib.

“İki sahil” xəbər verir ki, bunu Cənubi Koreyanın ekologiya və iqlim məsələləri üzrə naziri Kim Vansop COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

Onun sözlərinə görə, ölkə emissiyaları 13,9 % azaldıb, eyni zamanda karbon izini azaltmaqla iqtisadi artıma nail olub.

Nazir vurğulayıb ki, Cənubi Koreya bərpa olunan enerji və nüvə enerjisi kimi karbonsuz enerji mənbələrini fəal şəkildə inkişaf etdirir və sənaye proseslərini təkmilləşdirir.

Cənubi Koreya, həmçinin 10 ölkənin daxil olduğu Karbonsuz Enerji Alyansının (CFA) yaradılmasına təşəbbüs göstərib. Nazir digər ölkələri karbon neytralllığının təmin edilməsinə yönəlmiş bu hərəkata qoşulmağa çağırıb.