19 noyabr 2024 15:54
144

Hər il aqrar sistemlərə 1,1 trilyon dollar investisiya yatırılmalıdır

İqlim dəyişikliyi ilə mübarizə tədbirləri çərçivəsində 2030-cu ilə qədər dünyada hər il kənd təsərrüfatı sistemlərinə 1,1 trilyon ABŞ dolları investisiya yatırılması tələb olunur.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilir.

Sənəd bu gün Bakıda - COP29 çərçivəsində təşkil edilmiş “Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” adlı tədbirdə açıqlanıb.

Hesabata əsasən, həmin vəsait aqrar siyasət, milli büdcə dəstəyi, potensialın yaradılması, iqtisadi stimullar və bazar əsaslı alətlər, davamlı maliyyəyə investisiyalar,
heyvandarlığın idarə edilməsi kimi alt sektorlara sərf olunacaq.